AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AYNA Nardaranla bağlı səhvini düzəltdi - Fotolar

  • + A
  • - A
  • 22-03-2025, 16:04

    AYNA Nardaranla bağlı səhvini düzəltdi - Fotolar


    Xəbər verdiyimiz kimi, bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılması müzakirələrə səbəb olmuşdu.

    Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi.

    Artıq həmin istiqamətlərdə yol nişanlarında “Sea Breeze” adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

    Qeyd edək ki, “Sea Breeze” lövhələrdə Azərbaycan dilində olmayan yeganə ad idi. Görəsən, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi? Yoxsa, əksəriyyətin narazılığına səbəb olacaq addımı atıb, sonra da ona düzəliş etmək üçün dövlət büdcəsinə yenidən əl atmaq lazım imiş?..

    Əvvəl


    Sonra



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR