AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb

  • + A
  • - A
  • 25-03-2025, 17:43

    Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb

    Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.

    Bunu o, nazirliklərarası iclasda bildirib.

    Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

    M.İ.Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR