Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan Paris səfəri çərçivəsində Fransanın Silahlanma İdarəsinin (DGA) baş direktoru Emmanuel Şiva ilə iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Görüşdə tərəflər texnologiya mübadiləsi proqramlarının başladılması imkanını müzakirə ediblər.
Bundan əlavə, Ermənistanda müdafiə texnologiyalarının inkişafı ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.