AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib

  • + A
  • - A
  • 30-01-2026, 13:18

    Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib

    Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər.

    Atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb.

    Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və Qamışlı şəhərlərinə göndəriləcək.

    “Razılaşmanın məqsədi Suriya ərazisinin unifikasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə ölkənin yenidən qurulmasında səyləri birləşdirməkdir”,- SDQ bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR