AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının bəzi ərazilərində işıq kəsiləcək

  • + A
  • - A
  • Bu gün, 08:49

    Bakının bəzi ərazilərində işıq kəsiləcək

    Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 30-da görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

    Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

    Xətai rayonunda saat 09:00-dan saat 17:00-dək cari təmir işləri ilə bağlı Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayilov və Mehdi Mehdizadə küçələrinin elektrik enerjisi verilişində fasilə olacaq.

    Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR