AzadMedia

Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO

  • + A
  • - A
  • 5-08-2020, 21:58

    Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO


    Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib.

    Qafqazinfo-nun məlumatına görə, şəhərin ikinci ən böyük küçəsinə Polad Həşimovun adı verilib. Bu küçədə Şəhidlər Xiyabanı da yerləşir. Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.

    Qeyd edək ki, küçənin əvvəlki adı Həzi Aslanov olub.

    Xatırladaq ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar vermişdi. Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.
    Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO
    Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO
    Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO
    Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR