Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib.
"Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-nu qane edir. Amma hələlik NATO-da olacağıq, ya olmayacağıq, demək tezdir. Çünki bütün bunlar müharibənin nə vaxt və necə bitəcəyindən asılıdır. Şübhəsiz, Ukrayna NATO-ya daxil olmağı çox istəyir. Bizim üçün ən əsas təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur. NATO olmadan da Ukrayna ordusu müvafiq aviasiyaya, artilleriyaya, raketlərə, səmanı müttəfiqlərsiz müstəqil şəkildə qorumaq imkanına, yəni öz ayrıca aviasiyasına sahib olmalıdır.
Bütün bunlar, şübhəsiz, Ukrayna NATO üzvü olarsa reallaşar. Bu mütləq daha ucuz olacaq", - Ukrayna Prezidenti əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.