Gəncə avtomobil zavodu İB-i “REGİONAL EXPO GƏNCƏ 2026” iştirak edir.

Noyabrın 20-də Gəncə İdman Sarayında Qərb regionunda ilk dəfə olaraq “REGİONAL EXPO GƏNCƏ 2026” – Sahibkarların Təqdimat Sərgisi fəaliyyətə başlayıb. Açılış mərasimində Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, özəl sektor nümayəndələri, sahibkarlar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən rəsmilər sərginin əhəmiyyətindən, sahibkarlığın inkişafı, regionlararası iqtisadi əməkdaşlığın gücləndirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından yaratdığı imkanlardan bəhs ediblər. Açılış mərasimindən sonra rəsmi qonaqlar sərgi zonası ilə tanış olub, iştirakçı müəssisələrin məhsul və xidmətlərinə baxış keçirib, sahibkarlarla görüşüblər.
“REGİONAL EXPO GƏNCƏ 2026” çərçivəsində 112 müəssisə öz məhsul və xidmətlərini təqdim edir. 2 gün davam edəcək sərgidə açıq havada Gəncə avtomobil zavodu istehsalat birliyi də öz istehsal etdiyi avtomobillər, traktorlar, həmçinin kənd təsərrüfatı texnikaları ilə iştirak edir. Bunker hissəsinin 100 faiz yerli istehsalı olan kommunal avtomobil, su və digər maye məhsullarının daşınması üçün nəzərdə tutulan iri tonnajlı maşınl, müxtəlif kommunal texnikalarla təchiz olunan traktorlar, qoşqular sərgidə nümayiş olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.