AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan Dəmir Yolları” orduya ianə etdi

  • + A
  • - A
  • 8-10-2020, 11:17

    “Azərbaycan Dəmir Yolları” orduya ianə etdi

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali baş komandanın ətrafında sıx birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu qətiyyətlə bəyan edir.

    “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əmək haqları hesabına Fonda 743 min manat vəsait köçürüblər.

    Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR