AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ Azərbaycandır!" şüarı Roli şəhərində

  • + A
  • - A
  • 3-12-2020, 12:30



    ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb.

    Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı Adika İqbala məxsus bu təşəbbüs əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan II Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr olunub. Soydaşımızın təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.

    Roli şəhərinin mərkəzi avtomobil magistralının kənarında yerləşdirilən lövhədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri də göstərilib.

    Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR