AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ottavada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilib

  • + A
  • - A
  • 11-11-2020, 15:10


    Kanadada yaşayan azərbaycanlılar Ottava şəhərində “Parliament Hill” binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşqu ilə qeyd ediblər.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir.

    Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

    Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR