AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

  • + A
  • - A
  • 26-01-2021, 13:02



    Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxsin fotosu yayılıb.

    AzadMedia.az Publika.az-a istinadən xəbər verir ki, partlayış zamanı dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayevanın cəsədi tapılıb. Onun azyaşlı qızının axtarışları isə davam edir.

    Vəfat edən qadının həyat yoldaşı Musayev Vüsal Firuddin oğlu, övladı, 10 yaşlı Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, qohumu Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədova xəstəxanaya yerləşdirilib.

    Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.

    Qeyd edək ki, həlak olan Aytən Musayeva Ağstafa rayonunda doğulub və Gəncə Tibb Kollecinin məzunu olub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR