AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yelisey Sarayında gözlənilməz hadisə

  • + A
  • - A
  • Bu gün, 10:54

    Yelisey Sarayında gözlənilməz hadisə

    Fransanın paytaxtı Parisdə, Yelisey Sarayında rəsmi qarşılama mərasimi insidentlə yadda qalıb. Fəxri qarovulun iki üzvü mərasim zamanı huşunu itirib.

    Hadisə Emmanuel Makronun Slovakiya Prezidenti Peter Pelleqrininini qarşılaması zamanı qeydə alınıb.

    Slovakiya liderinin korteji saraya çatdıqdan sonra qarovulda dayanan hərbçilərdən biri qəfil yerə yıxılıb. Fransa rəsmiləri dərhal müdaxilə edərək onu ərazidən çıxarıblar.

    Bu zaman Pelleqrini avtomobildən düşərək Fransa prezidentinin onu qarşılamasını gözləyib.

    Sosial şəbəkələrdə yayılan kadrlardan mərasim zamanı daha bir şəxsin də huşunu itirdiyi və ərazidən aparıldığı məlum olur.

    İnsidentin səbəbi və hər iki şəxsin səhhəti ilə bağlı hələlik açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR