Sizi doğum gününüz münasibətilə öz ətrafında 16508 siyasi həmfikri birləşdirən YAP Ağcabədi rayon təşkilatının bütün üzvləri adından ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda uğurlar, Respublikamızın inkişafı və xalqımızın tərəqqisi naminə genişmiqyaslı fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Siz bütün fəaliyyətiniz boyu Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq Dövlətimizin və xalqımızın mənafeyi üçün daim yorulmadan çalışmış, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində titanik işlər görmüş, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə xeyriyyəçi və humanitar yönümlü layihələr həyata keçiriərək böyük nüfuz qazanmısınız.
Siz 44 günlük zəfər müharibəsi ilə xalqımıza Qələbə sevinci bəxş etmiş şəhidlərin ailələri və qazilərimizin sosial problemlərinin həlli, onların müalicəsi istiqamətində ardıcıl və davamlı işlər görmüşsünüz.
Sizin təşəbbüsünüz və təşkilatçılığınızla paytataxtımızda, bölgələrimizdə və işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Şuşada keçirilən çoxsaylı beynəlxalq tədbirlər və festivallar, 30 illik işğal dövründə erməni vandalllarının törətdiyi vəhşiliklərin dünyaya bəyan etdirilməsində gördüyünüz işlər ölçüyəgəlməz miqyasdadır.
Çox hörmətli Mehriban xanım!
Bir daha ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın dünyanın zəngin, abad və inkişaf etmiş dövlətlərindən birinə çevrilməsi və xalqımızın firəvan gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.