İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçmiş məhbusların da olduğu 32 fələstinlini həbs edib.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Fələstinli Əsirlər Dərnəyi mövzu ilə bağlı yazılı bəyanat yayıb.
Belə ki, bəyanatda İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Hebron, Beytləhm, Ramallah, Nablus, Kalkiya və Cenin şəhərlərində keçmiş məhbusların da olduğu azı 32 fələstinlini saxladığı bildirilib.
Bəyanatda qeyd olunub ki, bu ilin əvvəlindən həbs olunan fələstinlilərin sayı azadlığa buraxılanlar da daxil olmaqla 5 mini keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.