AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “Heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir”

  • + A
  • - A
  • 29-09-2023, 18:08

    Sahibə Qafarova: “Heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir”

    Artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxışı zamanı məlumat verib. Sahibə Qafarova xatırladıb ki, qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərinin nümayəndələri ilə iki görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupu regionda sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri ilə məşğul olur.
    O, bildirib ki, artıq yerli sakinlərə ərzaq, dərman və yanacaq da daxil olmaqla humanitar yardımların çatdırılmasına başlanılıb. Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə yüklər daşınır.
    Spiker Sahibə Qafarova reinteqrasiya prosesinin uğurlu olacağına inamını ifadə edərək deyib ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Ərazini tərk edənlər isə bunu öz seçimləri əsasında edirlər. Milli Məclisin sədri bir daha vurğulayıb ki, Qarabağın erməni sakinlərinin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək. 30 ildir ki, cinayətkar rejimin girovluğunda olan etnik ermənilər daha yaxşı həyata malik olacaqlar və azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yenidən yaşayacaqlar.


    https://youtu.be/4Ijz3gFxd94?si=m0SDL6IvIfQUr2VB


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR