F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) “Azadlıq” radiosuna müsahibəsində deyib.
Belə ki, “Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - deyə o bildirib.
Lakin Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.
Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.