Husilər Ərəbistan dənizində “MSC Sarah V” gəmisinə hücumda ilk dəfə hipersəs raketindən istifadə ediblər.
Azadmedia..az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat verib.
“Yəmən silahlı qüvvələri Ərəbistan dənizində İsrailin “MSC Sarah V” gəmisini vuran raketin xüsusiyyətlərini ilk dəfə açıqlayır. Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir”, - Səriya bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.