Yataqxanada dünyasını dəyişən tələbə qızın son anları barədə danışıldı

Azərbaycan Tibb Universitetinin yataqxanasında vəfat edən tələbə qızın ölümü ilə bağlı yeni məlumatlar açıqlanıb.
“Xəzər” TV-nin məlumatına əsasən, tələbənin cansız bədənini onunla eyni otaqda qalan bacısı tapıb.
Hadisə 1 saylı yataqxanada qeydə alınıb. Yataqxana sakinlərindən birinin sözlərinə görə, tələbənin başı ağrıdığı üçün o, bacısına məlumat verib və hamam otağına yollanıb.
Bir müddət sonra geri qayıtmadığını görən bacısı onun ardınca gedib. Hamam otağının qapısı bağlı olduğundan kilid açılıb və tələbə qızın yerdə uzandığı aşkarlanıb.
Məlumat verən tələbə hadisənin başvermə səbəbi barədə dəqiq məlumata malik olmadığını bildirib. O, yataqxanadakı sanitar qovşaqların ümumi istifadə üçün olduğunu, hər otaqda dörd-beş kabinənin yerləşdiyini də qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.