AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir

  • + A
  • - A
  • 27-08-2021, 14:06


    Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi nəzarət-profilaktik tədbirlər keçirilir.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, növbəti belə tədbirlər zamanı mağaza və apteklərdə bəzi alıcı və satıcıların,  eləcə də ictimai nəqliyyatda bəzi sərnişinlərin tibbi maskalardan istifadə etmədikləri aşkarlanıb.
    Rast gəlinən qayda pozuntularının aradan qaldırılması üçün sakinlərlə profilaktiki səpkidə söhbətlər aparılıb, polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Bu qaydalara əməl etməyən şəxslərə isə xəbərdarlıq və intizam tənbeh tədbirləri tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR