AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnformasiya və rabitə xidmətlərinin həcmi 10,4 faiz artıb

  • + A
  • - A
  • Bu gün, 16:41

    İnformasiya və rabitə xidmətlərinin həcmi 10,4 faiz artıb

    Cari ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 378,6 milyon manat dəyərində xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz artım deməkdir.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən xidmətlərin 742,1 milyon manatı və ya 31,2 faizi mobil telefon rabitəsinin, 383 milyon manatı (16,1 faiz) internet xidmətlərinin payına düşüb.

    Hesabat dövründə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri üzrə 379,3 milyon manatlıq (16 faiz), informasiya xidmətləri üzrə 274,2 milyon manatlıq (11,5 faiz) xidmət göstərilib. Digər informasiya və rabitə xidmətlərinin həcmi isə 600 milyon manat təşkil edib.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək artım proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərində qeydə alınıb. Bu istiqamətdə xidmətlərin həcmi 34,8 faiz artıb.

    Eyni zamanda, internet xidmətləri 22 faiz, informasiya xidmətləri 13,2 faiz, mobil telefon rabitəsi xidmətləri 2,9 faiz, digər informasiya və rabitə xidmətləri isə 4,9 faiz artıb.

    Beləliklə, ilin ilk yeddi ayında informasiya və rabitə sektorunda artım əsasən proqram təminatı və internet xidmətləri hesabına təmin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR