AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradıldı - “8112”

  • + A
  • - A
  • 15-09-2021, 16:30


    Artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” nömrəsinə qısa SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər. Azadmedia.az xəbər verir ki, SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq,

    Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

    Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.

    Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

    Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb saytları və mobil tətbiqləri (“Kapital Bank”, “Azərbaycan Beynəlxalq

    Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank”, “Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər. Məbləğindən asılı olmayaraq edilən hər ianə Qarabağın bərpası üçün böyük İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR