AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər

  • + A
  • - A
  • 2-02-2022, 22:08

    "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər

    "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər. "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərini səsləndiriblər. Şəki şəhər sakini Qüdrət Bəkirov şəhərin 119A kvartal ərazisində övladı, 2-ci qrup həqiqi-hərbi xidmət əlili Ramiz Bəkirli üçün inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətən müharibəsinin iştirakçısı Pənah İsrafilov ucqar ərazidə yerləşən Baş Zəyzid kəndinin qazlaşdırılmayan bəzi hissələrinin təbii qazla təmin olunmasını xahiş edib. Aksiyaya Qax rayonunun Əmbərçay kəndindən üz tutan Əhmədiyə Omarov bu kənddə mavi yanacağın olmadığını bildirib. Daxil olan bütün müraciətlər Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov tərəfindən cavablandırılıb. Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov da qaz təchizatı ilə bağlı bir sıra məsələləri Birliyin məsul şəxslərinin diqqətinə çatdırıb.
    Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 40-cıdır







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR