AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NOVXANI SAHİBKARLARI İLƏ NÖVBƏTİ DƏFƏ GÖRÜŞ KEÇİRİLDİ

  • + A
  • - A
  • 23-02-2022, 15:40

    NOVXANI SAHİBKARLARI İLƏ NÖVBƏTİ DƏFƏ GÖRÜŞ KEÇİRİLDİ

    “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Abşeron rayonu, Novxanı kəndində sahibkarlıq subyektləri ilə növbəti dəfə görüş keçirilib. Birliyin rəhbər şəxslərinin, sahibkarlara xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə sahibkarların, habelə sakinlərin təklifləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb. Daxil olan müraciətlər əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olması, dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub. Həlli mümkün olan müraciətlərin icrası istiqamətində Birliyin məsul şəxsləri tərəfindən yerindəcə tapşırıq verilib. Digər müraciətlərin araşdırılaraq rəhbərliyə təqdim olunması istiqamətində bütün müraciətlər qeydə alınıb.
    Qeyd edək ki, “Azəriqaz” İB-nin təşkilatçılığı və dövlət qurumlarının iştirakı ilə belə görüşlər mütəmadi olaraq təşkil olunur. Bütün ölkə üzrə sahibkarlıq subyektləri ilə sayca 21-ci dəfə təşkil olunan “Açıq mikrofon” aksiyasında əsas məqsəd sahibkarların qarşılaşdıqları çətinliklərlə bağlı təkliflərini öyrənmək və onlara dəstək olmaqdan ibarətdir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR