AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR “AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU CARİ İLİN 6 AYI ÜZRƏ HESABATDA VACİB MƏQAMLARA TOXUNUB

  • + A
  • - A
  • 8-07-2022, 17:49

    SOCAR “AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU CARİ İLİN 6 AYI ÜZRƏ HESABATDA VACİB MƏQAMLARA TOXUNUB

    Hər həftənin cümə günü saat 11:00-da SOCAR “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunan “AÇIQ QAPI" aksiyası növbəti dəfə baş tutub. Azadmedia.az xəbər verir ki, Birliyin baş direktoru Ruslan Əliyev 2022-ci ilin yanvar-iyun ayları üzrə hesabatı media nümayəndələrinin diqqətinə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilki itkilərdə 3 faiz azalma müşahidə olunub. Yığım səviyyəsində isə əldə olunan nəticə 18 faiz təşkil edir. Baş direktor məlumat verib ki, başa vurduğumuz 6 ay ərzində 371 məscid və digər dini məbədlərə 5000 kubmetr əvəzsiz qazın verilməsi təmin edilib. Ruslan Əliyev “Azəristilik” ASC-nin Birliyə olan borcundan da danışıb. Bildirib ki, Səhmdar Cəmiyyətin debitor borcunu ödəməməsi işçi heyətinin məvacibinin verilməsi də daxil olmaqla bir sıra məsələlərə təsirsiz ötüşmür.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR