Gəncə Dövlət Milli Dram Teatrında "Zəhri-Mar" tamaşası nümayiş olunacaq

Gəncə Dövlət Milli Dram Teatrı teatrsevərləri yeni səhnə əsəri ilə görüşə dəvət edir. Belə ki, Abdulla Elşadlının müəllifi olduğu "Zəhri-Mar" adlı tamaşa iyulun 17-də, saat 19:00-da nümayiş olunacaq.
"Ailə faciəsi" janrında təqdim edilən səhnə əsəri ailə münasibətləri, insanın yanlış seçimləri və onların doğurduğu ağır nəticələrdən bəhs edir.
Tamaşa Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində təqdim ediləcək. Biletləri iticket.az platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, "Zəhri-Mar" ailə dəyərləri və mənəvi məsuliyyət mövzusunu ön plana çıxaran psixoloji-dram əsərlərindən biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.