AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda keçirilən "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" beynəlxalq konfransı sona çatdı

  • + A
  • - A
  • 16-10-2023, 12:02

    Azərbaycanda keçirilən "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" beynəlxalq konfransı sona çatdı

    09-13 oktyabr 2023-cü il tarixlərində keçirilən beynəlxalq konfransda dövlət qurumları, Türk Dövlətləri Təşkilatının rəhbərləri, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edib.
    Konfrans zamanı Bakı Marionet Teatrında "Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması”, Bakı Fotoqrafiya Evində "İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı " və Tahir Salahovun ev-muzeyində " İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi" mövzularında tematik panellər təşkil olunub.
    Beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsinə dair “Bakı Bəyannaməsi” imzalanıb. Şəbəkənin təsis edilməsinə dair təklif hələ 11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı irəli sürülmüşdür. Təklif yekdilliklə qəbul edilmiş və Sammitin Yekun Bəyannaməsinə daxil edilmişdir. Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrin tarixi şəhər və qoruqlar arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
    Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqların mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələri İçərişəhər, Şuşa və Şəki qala şəhərlərini ziyarət edərək, tarixi abidələr, eləcə də post-müharibə dövründə aparılan bərpa işləri ilə tanış olublar.
    "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" beynəlxalq konfransı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən keçirilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR