AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaşıl enerji sahəsində yeni tərəfdaşlıq

  • + A
  • - A
  • Bu gün, 12:46


    Xəbər verdiyimiz kimi, Milli Məclis Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.

    Bununla bağlı Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in müzakirəsi aparılıb.

    Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.
    Millət vəkili Azər Badamov AzadMedia.az-a açıqlamasında sazişin əhəmiyyətini qeyd edib və bildirib ki, enerji sektorunda bu əməkdaşlıq yeniliklərə yol açacaq:

    “Ölkəmizin bir çox ölkələrlə yaşıl enerji sahəsində əməkdaşlığı genişlənir. Məqsəd bu layihələri regional layihələrə çevirməkdir. Qazaxıstan və Özbəkistanın böyük enerji potensialı var. Azərbaycanda isə yaşıl enerjini nəql etmək infrastrukturu yaradılır. Bütün bu kompanent 3 ölkə arasında bu sahə üzrə əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açır. Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı ilə bağlı hədəflərini müəyyənləşdirib. Yaşıl enerji ilə bağlı onların imkanları genişdir. Hesab edirəm ki, bu istiqamətdə yaxın gələcəkdə mühüm addımlar atılacaq”

    Qeyd edək ki, saziş qeyri-müəyyən müddətə bağlanıb.
    Layihə müzakirələrdən sonra bir oxunuşda təsdiq edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR