Azərbaycan-Çin əlaqələri yeni mərhələdə
“Dünyada baş verən müharibələr, münaqişələr və gərginliklərin hamısı bir sıra dövlətlərin apardığı qeyri-müəyyən siyasətdən doğan fəsadlardır. Cənab prezident də müsahibəsində bunları qeyd etdi”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev prezident İlham Əliyevin yanvarın yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyanın Çinin dəstəyinə ehtiyac var:
“Bu cür dövlətlə layihələr həyata keçirmək olduqca müsbət haldır. Azərbaycanın apardığı siyasət beynəlxalq qanunlara uyğun siyasətdir. İrəli sürülən bütün layihələr qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanır”
Deputat Avropanın bəzi liderlərinin qeyri-müəyyən siyasətlərinə də toxunub:
“Avropanın müstəqil siyasət yürütmək siyasəti ya yoxdu, ya da ki azdı. Tarixən Avropa Amerikanın dəstəyi altında mövcud olub. Müharibələrin dayandırılması, iqtisadi inkişafin canlanması Amerikanin himayəsi ilə baş verib. Tramp Avropa ilə yeni münasibətlər qurmağı təklif edir. Hesab edirəm ki, müsbətə doğru irəliləyişlər olacaq”
Qeyd edək ki, Prezident İlham Əliyevin müsahibəsi fevralın 11-də CGTN televiziya kanalında yayımlanıb.