ABŞ USAID-İN İXTİSAR OLUNAN ƏMƏKDAŞLARINA 2 GÜN VAXT VERİB
Dırnaqarası demokratiyanın inkişafı adı altında fəaliyyət göstərən USAİD son günlərini yaşayır.
Belə ki, ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin bağladığı müqavilələrin 90%-dən çoxunu ləğv etmək niyyətindədir. Məlumata görə, memorandumda USAID-in ayırdığı bütün maliyyə vəsaitlərinin yoxlanılmasının nəticələri əks olunub. ABŞ ümumilikdə 60 milyard dollara yaxın məbləğdə xarici yardımı dayandırmağı planlaşdırır.
Tramp administrasiyası bu niyyətini memorandumda və məhkəmə sənədlərində təfsilatlı şəkildə ifadə edib. Qeyd olunur ki, Vaşinqtonun bu qərarı ABŞ federal məhkəməsinin beynəlxalq maliyyə yardımlarının göstərilməsi ilə bağlı qadağanın müvəqqəti olaraq ləğv edilməsinə dair qətnamə çıxarması fonunda qəbul olunub. 60 ildən çox mövcud olan dırnaqarası beynəlxalq humanitar yardım əslində Amerikanın maraqlarından çıxış edib. Yalnız Tramp administrasiyası ABŞ-də rəhbərliyə keçən kimi USAİD-in də qara günlərinə start verildi.
Cinayətkar qurum olan Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ixtisar edilən əməkdaşlarına fevralın 27 və 28-də ABŞ Vaşinqtondakı mərkəzi ofisdən şəxsi əşyalarını götürmək üçün 15 dəqiqə vaxt verib. İşçilər USAİD-in yerləşdiyi Ronald Reyqan Dünya Ticarət Mərkəzindən şəxsi əşyalarını götürmək imkanı əldə edəcəklər. USAID və Dövlət Departamentinin müqavilələrinin ləğv olunması həm də USAİD dövrünün tam başa çatmasıdırmı?
Millət vəkili Bəhruz Məhərrəmov AzadMedia.az-a açıqlamasında deyib ki, bu təsisatın ləğvi gözləniləndir:
“Məhz bu təsisat müxtəlif layihələr adı altında ayrı-ayrı bölgələrdə özünün imperialist maraqlarını həyata keçirib. Amma Tramp Administrasiyası yaxşı başa düşür ki, ötən dövr ərzində dəyişən münasibətlər, eləcə də, mövcud qaydalarla oynamağı Vaşinqton üçün əlverişsiz edib. ABŞ Cənubi Qafqazdakı mövqelərini SOROS iqtidarı, demokratlar iqtidarı dövründə itirib. Artıq USAID-in keçmiş rəhbərlərinin hansı korrupsiya əməllərini törətmələri üzə çıxır. Bu baxımdan ABŞ-nin sağlamlaşdırma siyasəti çərçivəsində USAID sonuna gəlib çatıb”
Bütün proseslərin necə sonluqla bitməsini zaman göstərir. Hər halda, onilliklər boyu dünya üzrə humanitar yardım adı altında milyardlarla dollar səpələyən Amerika Birləşmiş Ştatlarının nə zamansa öz sistemini çökdürəcəyi heç kimin ağlına gəlməzdi. Amma zaman göstərdi ki, dırnaqarası nəhəng hesab edilən təşkilatın sona yetməsi mümkündür