Fransa prezidenti Emmanuel Makron Aİ-nin Brüssel sammitinin birinci günü başa çatdıqdan sonra martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşünün keçiriləcəyini bildirib.
“Gələn cümə axşamı Parisdə [Ukraynaya yardım göstərmək istəyənlərin] koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.
Bundan əvvəl Bloomberg agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Avropa Birliyinin aparıcı dövlətlərinin, eləcə də Aİ-yə daxil olmayan ölkələr Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirmişdi. Agentliyin məlumatına görə, bu ölkələr martın 20-də Brüsseldə keçiriləcək sammitdə Rusiya ilə ABŞ arasında Ukrayna üzrə danışıqlara necə təsir edə biləcəkləri barədə müzakirəni davam etdirəcək və ideal halda, bu danışıqlarda iştirak etmək imkanı əldə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.