AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsl müharibəni qızışdıranlar Rusiya və ya Çində deyil, Avropadadır

  • + A
  • - A
  • 22-03-2025, 11:02

    Əsl müharibəni qızışdıranlar Rusiya və ya Çində deyil, Avropadadır

    Qərb Avropanı Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib.
    Bu barədə irlandiyalı jurnalist Çey Bouz X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

    “Avropalılar dünya üçün ən böyük təhlükədir”. “Rusiya deyil, Çin deyil, Avropa Birliyində müharibə qızışdıran tərəflərdir”, - o vurğulayıb.
    Jurnalistin fikrincə, ABŞ prezidenti Donald Trampın yeni administrasiyası Kiyevə təmənnasız dəstəyi dayandırmaq təşəbbüsü ilə çıxış etdiyi üçün Avropa ABŞ-a qarşı çıxıb.

    Federasiya Şurasının üzvü Aleksey Puşkov bundan əvvəl bəyan etmişdi ki, Qərbi Avropa ölkələri prezident Donald Trampın hakimiyyətə gəlməsi fonunda ABŞ-ı beynəlxalq pariyaya çevirmək istəyir.

    Belə ki, senator Böyük Britaniya və Almaniyanın hakimiyyət orqanlarının öz vətəndaşlarına ABŞ-a səfərin təhlükələri barədə xəbərdarlığına münasibət bildirib.


    Martın 27-də Parisdə Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammiti keçiriləcək. Fransa prezidenti Emmanuel Makronun dediyi kimi, onun sammitdəki məqsədi Kiyevə qısamüddətli dəstəklə bağlı öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR