İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Omanın vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə məktubuna rəsmi cavabını göndərib.
O, İRNA xəbər agentliyinə deyib: “Trampın məktubuna rəsmi cavab dünən Oman vasitəsilə müvafiq formada göndərilib.
Əraqçının sözlərinə görə, mesaj iki sənəddən ibarətdir. Birincidə Tehranın dünyadakı hazırkı geosiyasi vəziyyətlə bağlı fikirləri, ikincisi isə Trampın iradları və bunlarla bağlı şərhlərini sıralayır.
Martın 7-də Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, o, Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. Buna cavab olaraq İran lideri bu təklifi rədd edərək bildirib ki, İran ABŞ-la dialoqa getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarından çıxış edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.