AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Husilər ABŞ-ın zərbələri 50 min insanın su təchizatını kəsdiyini bildirib

  • + A
  • - A
  • 2-04-2025, 22:38

    Husilər ABŞ-ın zərbələri 50 min insanın su təchizatını kəsdiyini bildirib

    Üsyançılar tərəfindən idarə olunan Əl Məsirə telekanalının hesabatına görə, ABŞ-ın Yəmənin Hudeydə əyalətində husi üsyançılarının nəzarətində olan içməli su anbarına endirməsi nəticəsində 50 mindən çox insan su təchizatını itirib.

    Məlumata görə, ABŞ-ın bir sıra aviazərbələri səkkiz yaşayış məntəqəsinə xidmət edən əl-Sanif kəndindəki su anbarını hədəfə alıb. Həmçinin rayonun su təchizatı təşkilatının binasına da ziyan dəyib.

    Martın 15-də Tramp ABŞ-ın Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən husilərə qarşı hərbi əməliyyata başladığını açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, əməliyyat ABŞ-ın maraqlarını və naviqasiya azadlığını qorumaq məqsədi daşıyır. Husilər buna cavab olaraq Qırmızı dənizdə ABŞ-ın “Harry Truman” təyyarədaşıyan gəmisinə raket və dron hücumları ilə cavab verib. Hücumların döyüş gəmisinə zərər verib-vermədiyi barədə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR