AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev və Vladimir Putin Bişkekdə görüşdü

  • + A
  • - A
  • Bu gün, 20:43

    İlham Əliyev və Vladimir Putin Bişkekdə görüşdü

    Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimində görüşüblər.
    İki ölkə lideri mərasim zamanı qısa söhbət edib. Görüşün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin keçirildiyi bir vaxta təsadüf etməsi də diqqət çəkir.
    Bu gün və sabah Bişkekdə ŞƏT sammiti keçirilir. Sammitin ilk günündə təşkilata üzv ölkələrlə yanaşı, müşahidəçilərin, dialoq üzrə tərəfdaşların və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyi “ŞƏT plus” formatında yüksək səviyyəli görüş baş tutacaq.
    Çərşənbə axşamı isə ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şuranın iclasında bir araya gələcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR