Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iqamətgahında qəbul təşkil olunub
Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın şərəfinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında qəbul təşkil olunub.
Tədbirdə Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qəbulda Bakı və Azərbaycan yepiskopu Aleksiy iştirak edib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.