“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixdən “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, layihənin təlimləri 13 avqust 2024-cü il tarixdən start götürüb. Layihə boyunca ümumilikdə 30 təlim keçiriləcək və bu günə kimi 8 təlim icra olunub. Təlimlərə 12 ananın cəlb olunması nəzərdə tutulsa da 18 ana iştirak edir. Onlara İnsan anatomiyası, endokrin vəzilər, Aseptika, Antiseptika, inyeksiya ağırlaşmalarından, qanın qruplarından və tərkibindən, qanın orqanizmdəki funksiyasından, qanın tərkibindən, eritrositlərdən, leykositlərdən, trombositlərdən və onların funksiyalarından danışılıb, İnyeksiyalar (dəridaxili, dərialtı, əzələdaxili inyeksiyalar, venadaxili sistemin köçürülməsi) öyrədilib, inyeksiyalarda gigiyena qaydalarına düzgün riayət olunması, ləvazimatların sterilliyinə diqqət yetirilməli olduğu başa salınıb və gələcəkdə bu qaydalara əməl olunması tövsiyyə edilib. İştirakçılar əzələdaxili inyeksiyaları və sistemin qoşulmasını icra edərək təlimçinin dediyi qaydaları izahlı şəkildə həyata keçirdib.
Qeyd edək ki, layihə iştirakçılar üçün çox maraqla keçir. Bu da analarda yeni bacarıqların yaranmasına, tibbi biliklərin artmasına və özgüvənə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.