AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb - FOTOLAR

  • + A
  • - A
  • 13-08-2024, 16:36

    QHT “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb - FOTOLAR


    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixindən “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb.

    QHT.az xəbər verir ki, layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə tibbi savadlılığını artırmaq, əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

    Layihə müddətində valideynlərə, tibb mütəxəssisi tərəfindən 30 təlim keçiləcək. Təlimlərdə İnsan anatomiyası, Endokrin vəzilər, Aseptika antiseptika, Yataq xorası olan xəstələrə qulluq və yataq xoralarının profilaktikası, Bədən temperaturu və onun ölçülməsi. Qızdırma, Nəbzin müayinəsi. Arterial təzyiqin ölçülməsi, Buz qovuqları, Qanburaxma, Qanın tərkibi, Qan qrupları, Qanaxma, mədə və ağciyər qanaxmaları, burun qanaxması zamanı İlk yardım, Yanıqlar İlk yardım, Epileptik tutma və tutma (bayılma) zamanı ilk yardımın təşkili, Koma və onun növləri. Hiperqlikemik və hipoqlikemik koma zamanı ilk yardım, Günvurma. İstivurma, İlan sancması zamanı ilk yardım, Zəhərlənmə, növləri. Bu zaman göstərilən ilk yardım, Tənəffüs yollarında yad cisim qalarkən göstərilən ilk yardım, Ürək- ağciyər reanimasiyası, İnyeksiyalar (dəridaxili, dərialtı, əzələdaxili inyeksiyalar) Dərmanalrın yeridilmə yolları, Vena daxili inyeksiyalar. Vena daxilinə məhlulların damcı üsulu ilə yeridilməsi, Vazofiksin qoyulma qaydası, İnyeksiya ağırlaşmaları, Anafilaktik şok, Tənəffüs sistemi üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, Kəskin pnevmoniya, Həzm traktı üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, Qastritlər, Xora xəstəliyi, Şəkərli diabet, Ürək-damar sistemi üzvlərinin xəstəliklərindəki əsas əlamətləri, Hipertoniya xəstəliyi, Hipertonik kriz, İlk yardım, Miokard infarktı, Tibbi etika, Tibbi deontologiya tədris ediləcək.

    Layihənin ilk təlimi 13.08.2024-cü ildə keçirilib. İlk olaraq birliyin rəhbəri Təranə Musayeva iştirakçıları salamlayaraq, onlara layihə haqqında məlumat vermiş, layihənin icrasına maliyyə vəsaiti ayıran Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihənin icra olunmasına şərait yaratdığı üçün “Bakı Masaj Məktəbi”nin direktoru Aynur Əhmədovaya öz minnətdarlığını bildirib. Sonra iştirakçılar və təlimçi arasında tanışlıq olub və təlimlərə start verilib. Təlimçi Şəhla Hacıyeva 1-ci mövzuya uyğun olaraq İnsan bədənindəki əsas boşluqlardan, onurğa stunu və s. barədə geniş məlumat verib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

    Layihə müddətində 2 qiymətləndirmə aparılacaq və sonda valideynlər imtahan verəcək. Layihənin sonunda tədbir təşkil olunaraq iştirakçılara sertifikatlar təqdim olunacaq.

    Layihə 31 oktyabr 2024-cü il tarixinədək davam edəcək





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR