26 dekabr 2024-cü il tarixdə saat 12:00-da Masallı rayonunun bütün yaşayış məntəqələrində Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edildi və nəqliyyat vasitələrində səs siqnalları verildi.
Qeyd edək ki, 25 dekabr 2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramış və qəza zamanı təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalmış, 38 nəfəri isə həlak olmuşdur.
Masallı rayon İcra hakimiyyəti, Masallı əhalisi adından qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa və həlak olanların yaxınlarına səbr diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.