AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə" layihəsi yekunlaşıb - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 16:02

    "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə"  layihəsi yekunlaşıb - FOTOLAR


    “Təmas” Regional İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə cari ilin iyun-oktyabr ayları ərzində icra etdiyi "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə" layihəsi yekunlaşıb.

    QHT.az xəbər verir ki, layihənin icrası dövründə təşkilatın nəzdində fəaliyyət göstərən zorakılqdan zərər çəkmiş qadın və uşaqlar üçün sığınacağın fəaliyyəti dəstəkləndi, regionun 5 orta təhsil müəsisəsində "Bullinq nədir və onun qarşısını necə ala bilərik" mövzusunda maarifləndirmə sessiyaları təşkil olundu, avqust ayında aztəminatlı ailələrdən olan 26 yeniyetmə məktəbli üçün "Yaşam dəyərləri" yay düşərgəsi təşkil edildi.

    Layihənin icrası sığınacaqda göstərilən hüquqi və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, həssas vəziyyətdə olan qadın və uşaqlar üçün təhlükəsiz mühitin yaradılmasına, onlara bir başlanğıc etməyə imkan yaratdı. Layihənin icrası dövründə sığınacaqda göstərilən xidmətlərdən 350 qadın və uşaq yararlandı. Sığınacağın fəaliyyəti regionda sosial problemlərin qarşısnın alınmasına, zorakılıq qurbanlarının sağlamlığının və təhlükəsizliyinin artırılmasına töhvə verir.

    Layihə rəhbəri Kubra Ələbərova qeyd etdi ki, layihə çərçivəsində nəzərdə tutulmuş son tədbirlər Samux və Göygöl rayonlarında həyata keçirildi. Ümumi olaraq regionun 5 orta məktəbində təşkil olunan maarifləndirmə sessiyalarında 240 məktəbli, müəllim və valideyin iştirak etdi. Bu sessiyaların məqsədi məktəb icmalarında insanların emosional və fiziki sağlamlığına ciddi zərər verə bilən, təkrarlanan zərərverici davranış formalarını tanıtmaq, empatiyanı artırmaq və dəstəkləyici mühitlər yaratmaq üçün strategiyalar təqdim etmək idi.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR