AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3301 nəfərə sosial xidmət göstərilib

  • + A
  • - A
  • Bu gün, 11:33

    3301 nəfərə sosial xidmət göstərilib

    3301 nəfərə sosial xidmət göstərilib. Azadmedia.az-ın sorğusuna cavab olaraq, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən bildirilib. Qeyd edilib ki, cari ilin 10 ayı ərzində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan 4422 nəfər ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti, habelə həmin dövrdə Agentliyin sosial xidmət müəssisələrində 3301 nəfərə sosial xidmət göstərilmişdir. Məlumatda həmçinin qeyd edilir ki, həmin dövrdə Agentlik tərəfindən 143 uşaq övladlığa, 20 uşaq himayədar ailəyə verilib. Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən ümumilikdə 650 uşaq Agentlik tərəfindən övladlığa verilib. Onlardan 324-ü oğlan, 326-sı qızdır.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR