AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək müqavilələrinin sayında 47 faiz artım var

  • + A
  • - A
  • Dünən, 16:01

    Əmək müqavilələrinin sayında  47 faiz artım var

    Cari ilin 10 ayı ərzində Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 18 minə yaxın ərizə araşdırılmış, 15 mindən artıq məktuba (sorğuya) baxılmışdır.
    Azadmedia.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyi Xidmətindın verilən məlumata görə həmin dövrdə Xidmət tərəfindən vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edilib. Xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
    Məlumatda həmçinin qeyd olunub ki, cari ilin 10 ayında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
    Ümumilikdə əmək müqavilələrinin sayında 600 min və ya 47 faiz artıma nail olunub. Müsbət məqam kimi, özəl sektorda əmək müqavilələrinin sayında 2 dəfə artım özünü göstərib.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR