Anım günləri çərçivəsində deputat Məşhur Məmmədovun şəhid ailələri ilə görüşləri davam edir. Milli Məclisin deputatı Məşhur Məmmədov bu dəfə Sığdaş kəndində, eləcə də Sığdaş İnzibati Ərazi Dairəsinə daxil olan Xanalion və Babaküçə kəndlərində şəhid ailələri ilə görüşüb, qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib.
Deputat şəhidlərin əziz xatirəsini ehtiramla anaraq bildirib ki, onların göstərdiyi qəhrəmanlıq, vətən sevgisi və fədakarlıq gələcək nəsillər üçün əsl örnəkdir:
“Şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır. Onların göstərdiyi qəhrəmanlıq, vətən sevgisi və fədakarlığını ehtiramla anır, ailələrinə bir daha minnətdarlığımızı bildiririk.”
Məşhur Məmmədov qeyd edib ki, dövlətimizin və Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı bu gün hər yerdə hiss olunur. O vurğulayıb ki, millət vəkili kimi onun üçün prioritet bu qayğını davam etdirmək, şəhid ailələrinin yanında olmaq, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində çalışmaqdır.
“Bizim borcumuz bu qayğını davam etdirmək, həssas təbəqədən olan ailələrimizin yanında olmaqdır. Şəhidlərimizi ehtiramla yad edir, ailələrinə səbir arzulayıram,” – deyə deputat bildirib.
Görüş zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına və deputata minnətdarlıqlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.