AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mübariz Qurbanlı Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb

  • + A
  • - A
  • 4-05-2021, 18:03


    Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

    İki ölkə arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunan Komitə sədri Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Özbəkistanın ölkəmizin haqq işini dəstəkləməsini növbəti qardaşlıq nümunəsi kimi dəyərləndirib. Səfirlə ötən il Vətən müharibəsi dövründə görüşdüyünü xatırladan DQİDK sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixi qələbəyə imza ataraq azad etdiyi torpaqlarımızda artıq bərpa işlərinə başlanıldığını deyib. Eyni zamanda, Komitə sədri Ermənistanın işğal edilmiş ərazilərdə tarixi-dini abidələri viran etdiyini diqqətə çatdırıb.

    Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər Komitəsi, həmçinin Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında əməkdaşlıq memorandumlarının imzalandığını vurğulayaraq bildirib ki, pandemiya səbəbindən bəzi tədbirlərin həyata keçirilməsi mümkün olmasa da əlaqələr uğurla davam etdirilir.

    Səmimi görüşdən məmnunluğunu dilə gətirən Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov öz növbəsində Vətən müharibəsində qazanılan qələbə və bölgədə sülhün təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Diplomat müharibə dövründə Tərtər, Bərdə rayonları və Gəncə şəhərinə səfər etdiyini vurğulayaraq Ermənistanın cəbhə zonasından kənarda yerləşən ərazilərimizdə törətdiyi hərbi cinayətlərin nəticələrindən dərin təəssüf hissi keçirdiyini bildirib, “Qafqazın Xirosiması” adlandırılan Ağdam və Füzulidə ermənilərin törətdiyi vandallıq aktlarına bölgəyə səfəri zamanı şahid olduğunu diqqətə çatdırıb. B. Aşrafxanov həmin ərazilərdə başlayan quruculuq işlərinin Azərbaycanın qalib dövlət kimi yeni hədəflərə doğru inamla addımladığının göstəricisi olduğunu xüsusi vurğulayıb və Özbəkistan tərəfinin quruculuq, abadlıq işlərində iştirakda maraqlı olduğunu qeyd edib.

    Dini sahədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti barədə danışan səfir iki ölkənin din siyasətini həyata keçirən qurumları arasında dini turizmin inkişaf etdirilməsinin perspektivlərinə toxunub. Bununla bağlı hər iki dövlətin müvafiq qurumlarının birgə fəaliyyətə və təcrübə mübadiləsinə zərurət yarandığını bildirib.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR