AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri Rumıniya səfiri ilə görüşüb

  • + A
  • - A
  • 11-03-2021, 18:13


    Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüşüb.
    Görüş zamanı Komitə sədri iki ölkə arasında Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən başlanan əlaqələrin bütün sahələrdə uğurla davam etdiyini, Ermənistanın təcavüzkarlığına qarşı Azərbaycanın haqlı mövqeyinin Rumıniya tərəfindən müdafiə olunduğunu qeyd edib.
    Ölkəmizdəki dini mühit barədə danışan DQİDK sədri Azərbaycanda hökm sürən tolerant və multikultural mühitin qorunub-saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu vurğulayan Komitə sədri ölkədə güclü tolerantlıq ənənələrinin tarixən mövcud olduğunu, Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 963 dini icmanın 37-si qeyri-islam təmayüllüdür və ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi dəyərlərini, mədəniyyətini, dilini və tarixi nailiyyətlərini qoruyub-saxlamaq imkanına malikdir.
    Azərbaycanın tarixi ədaləti bərpa edərək ötən il 44 gün davam edən Vətən müharibəsində əzəli və əbədi torpaqlarını erməni işğalından azad etdiyini vurğulayan Komitə sədri Qarabağda və ətraf rayonlarda artıq quruculuq işlərinə başlanıldığını, erməni vandalizminə məruz qalmış maddi-mədəni, dini irs nümunələrimizin bərpası istiqamətində layihələrin həyata keçirildiyini bildirib.
    Fəaliyyət müddətinin başa çatdığını qeyd edən Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ötən dövr ərzində ölkəmizin bir çox - TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və s. bu kimi mühüm beynəlxalq layihələri reallaşdırmasını, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına yönəlik tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıb. Ötən il isə Azərbaycanın ən böyük uğura imza ataraq torpaqlarını işğaldan azad etməsinin mühüm hadisə olduğunu bildirib. Ölkələrimizin tolerant və multikultural dəyərlərə verdiyi önəm baxımından oxşar olduğunu bildirən səfir bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
    Görüş zamanı, eyni zamanda dini sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR