AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

  • + A
  • - A
  • 22-04-2021, 12:12


    Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentinanın “canal a” televiziyasının jurnalisti Sautel Santiaqoya müsahibə verib.
    Komitə sədri müsahibəsində Azərbaycandakı dinlərin tarixi, mövcud dini durum, dinə dövlət qayğısı, eləcə də ölkəmizdəki dinlərarası harmoniya, birgəyaşayış mühiti barədə geniş məlumat verib.
    Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır. Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur.
    Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələrinin etnik-mədəni özünəməxsusluğunun qorunub-saxlanılması üçün hərtərəfli hüquqi-demokratik şərait yaradıldığını qeyd edən DQİDK sədri ölkəmizdə 2250 məscid, 16 kilsə, 7 sinaqoq, Zərdüştlük dininə aid Atəşgah məbədi və müxtəlif dinlərə məxsus ibadət yerlərinin olduğunu, 37-si qeyri-islam olmaqla 970 dini icmanın dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb. Onu da vurğulayıb ki, mütəmadi olaraq hər il dövlət başçımız tərəfindən dini konfessiyalara maliyyə yardımı ayrılır və vəsait hesabına ölkədə dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği işi daha da gücləndirilir, dini icmalar tərəfindən müxtəlif layihələr həyata keçirilir.
    Müsahibə zamanı ermənilərin Azərbaycanın tarixi və əzəli torpaqlarındakı tarixi-dini abidələrə qarşı vəhşi münasibətinə, Qafqaz Albaniyasına aid olan tarixi abidələrin saxtalaşdırılması siyasətinə də toxunan Mübariz Qurbanlı diqqətə çatdırıb ki, ölkəmizin mədəni irsini qəsdən hədəfə alan, onu özününküləşdirən ermənilər vaxtilə işğalda olmuş bölgələrdə təkcə İslam deyil, həm də xristian abidələrinə qarşı vandallıq edib.
    Sonda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
    Qeyd edək ki, böyük izləyici kütləsinə malik olan Argentinanın “canal a” televiziyasında əsasən mədəniyyətə yönəlik verilişlər yayımlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR