AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər üçün yay düşərgəsi təşkil olundu

  • + A
  • - A
  • 29-06-2022, 11:30

    Gənclər üçün yay düşərgəsi təşkil olundu

    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17-27 iyun 2022-ci il tarixlərdə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində 22 rayondan olan 100-dən artıq şəhid və qazi övladları, aztəminatlı və çoxuşaqlı ailələrin övladları, müsabiqə (intellektual, yaradıcı, idman, bilik) qalibləri üçün yay düşərgəsi keçirilib.

    Yay düşərgəsi zamanı gənclərə asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərsləri, yoqa, hip-hop və “crop dance” məşğələləri keçirilib. Düşərgə müddətində iştirakçılar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, idman oyunları, konsert proqramı və s. fəaliyyətlər təşkil olunub.

    Düşərgənin sonuncu günü gənclərin biri-birindən rəngarəng və maraqlı çıxışlarından ibarət karnaval gecəsi keçirilib. İştirakçılara düşərgə boyu təlimlərdə və məşğələlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR