AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda AQEM Media Forumu keçirilir

  • + A
  • - A
  • Bu gün, 12:25

    Bakıda AQEM Media Forumu keçirilir

    Forumda Azərbaycanın sədrliyi və media əməkdaşlığı müzakirə edilir

    Bakıda AQEM-in “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir.

    Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, AQEM Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər rəsmilər iştirak edirlər.

    AQEM Baş katibi Kayrat Sarıbay bildirib ki, forumun keçirilməsi regional dialoqa mühüm töhfədir.

    O, Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərin həyata keçirildiyini vurğulayıb.

    K.Sarıbayın sözlərinə görə, 28 dövləti birləşdirən AQEM dialoq və praktiki əməkdaşlıq üçün geniş platformadır. O qeyd edib ki, qarşılıqlı etimadın gücləndirilməsi üçün media nümayəndələrinin müntəzəm təmasları əhəmiyyətlidir.

    Forum çərçivəsində keçirilən panel sessiyada Türkiyənin RTÜK sədri Mehmet Danış da çıxış edib.

    M.Danış bildirib ki, qlobal problemlərin və qeyri-müəyyənliklərin artdığı bir dövrdə çoxtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti daha da artır.

    RTÜK sədri Türkiyənin AQEM-in təsisçi üzvü kimi təşkilatın fəaliyyətinə uzun illərdir töhfə verdiyini qeyd edib. O, Türkiyənin AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR