AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADA universitetinin Azərbaycan tarixinə töhfəsi: “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) latın qrafikası ilə transliterasiyası

  • + A
  • - A
  • 6-09-2022, 17:42

    ADA universitetinin Azərbaycan tarixinə töhfəsi: “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) latın qrafikası ilə transliterasiyası

    Ötən il ADA universitetinin böyük dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-cillər nömrələri filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiyası hazırlandı və 20 cild olaraq nəşr olunacağı bildirildi. Hazırda transliterasiyanın üç cildi çap olunub, dördüncüsü isə demək olar ki, hazırdır. Həqiqətən də bu nəşr Azərbaycanın həm mətbuat tarixi, həm də tarixçiliyi üçün qiymətli hədiyyədir və digər bu yönümlü müəssisələr ADA-dan örnək götürməlidirlər. Bunun önəmini daha aydın göstərmək üçün iki məsələyə toxunmağı zəruri hesab edirik. Birincisi tarixi qaynağın hazırlanması, ikincisi tarixi qaynağın önəmi.
    Bir əsəri başqa bir əlifba ilə transliterasiya etmək olduqca çətin bir prosesdir. Bu ərəb əlifbalı bir yazıdırsa lap çətindir, çünki bu əlifbada sait səsləri ifadə etmək üçün işarələr mövcud deyil. “Azərbaycan” qəzeti başqada olmaqla əlifba islahatına qədərki bütün mətbuat orqanları ərəb qrafikalı əlifba ilə hazırlanırdı. Hazırda transliterasiya edilən nəşri ən qiymətli edən iki məqam var. Bunlardan birincisi bəzi arxaizm sözlərin mənasının verilməsidir. Təxmini bir əsr öncə dilimizdə ərəb və fars mənşəli daha çox söz işlənirdi və hazırda bunların mənasını anlamaq çox çətindir və mətni hazırlayanlar bütün bu kimi sözlərin anlamlarını mötərizədə daxil ediblər. İkinci məqam ondan ibarətdir ki, çap olunmuş hər cildin sonunda adlar göstəricisi verilmişdir. Bu mövcud olan məlumatı bütün saylara baxmadan daha tez tapmağa imkan verir. Hazırda Azərbaycanda yazılan monoqrafiyalarda və ya əsərlərdə adlar göstəricisinin önəmini unudurlar.
    Azərbaycan tarixinin zəngin qaynaq bazası vardır və onların tərcüməsi və ya transliterasiyası çox vacibdir. Tarixə nəzər salsaq İslam elminin yüksək səviyyədə inkişaf etməsinin əsas səbəbini yunan və roma dillərindən tərcümə olunan əsərlərin olduğunu aydın görə bilərik. Daha sonra İslam alimləri tərcümədən əldə etdikləri bilgini təkmilləşdirdilər və çoxyönlü inkişaf etdirdilər. Tərcümələr və transliterasiyaların reallaşdırılması da çox vacib məqamdır. Düzdür bir tarixçi ən azından tədqiq etdiyi dövr üzrə iki xarici dil bilməlidir, lakin bəzən tədqiqat zamanı səkkizdən çox dildə nəşr olunan qaynaqdan istifadə etməyə məcbur olunur. Ona görə də tərcümələr çox hallarda hərtərəfli araşdırmalar çox yardımçı olur.
    Yaxşı tarixçi olmaq üçün zəngin tarixi qaynağa sahib olmaq gərəklidir. Çünki tarixi qaynaq olmadan heç bir fikir təsdiq olunmuş hesab oluna bilməz. Nə qədər çox tarixi qaynaq olarsa bir o qədər hadisələri daha hərtərəfli təhlil dib aydınlatmaq olar. Bütün bunlar ADA tərəfindən gerçəkləşdirilən bu nəşrin önəmini bir daha ortaya qoyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR