“The New York Times“ın (NYT) jurnalistləri ABŞ Hərbi Nazirliyi ilə yeni medianın akkreditasiyası qaydalarına dair müqavilə imzalamayacaq.
Bu barədə qəzetin Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson məlumat verib.
Məlumata görə, imtina ABŞ Konstitusiyasının söz azadlığına Birinci Düzəlişində müəyyən edildiyi kimi, adi xəbərlər toplayan jurnalistləri cəzalandırmaq təhlükəsi (Pentaqonun yeni mətbuat siyasəti) ilə bağlıdır.
O həmçinin deyib ki, ictimaiyyətin Pentaqonun nə işlə məşğul olduğunu bilmək hüququ var ki, bu da vergi ödəyicilərinə ildə təxminən 1 trilyon dollara başa gəlir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.